Hadisələr 1960-cı ildə Çusovoy şəhəri yaxınlığında yerləşən Ural “lespromxoz”unda baş verir. Tosya Kislitsina adlı gənc, şən və bir qədər dikbaş qız, oraya aşpaz işləməyə gəlir. Tosya Simferopol aşpazlıq peşə məktəbinin məzunudur. O əsl od parçasıdır. Vəzifə borclarını layiqincə yerinə yetirsə də, başını demək olar ki hər yerə soxur, yataqxana yoldaşlarına daima məsləhətlər verir, durmaq bilmədən çənə döyür. Rəfiqələrindən onu fərqləndirən başqa bir cəhət cavan oğlanlara ümumiyyətlə maraq göstərməməsidir. Ancaq “lexpromxoz”dakı bir çox qadınların “qəlbini oğurlayan” yaraşıqlı İlya Kovriqin bunu fürsət bilərək, dostu Filya ilə mərcə girir. Mərcə görə o elə edəcək ki, bir həftənin içində Tosya ona dəlicəsinə vurulacaq...